« »
Ana səhifə  /  Faydalı məlumatlar  /  Niyə alçı?
Niyə gips?

Gips, təbii bir materialdır.

  • Kristal bir quruluşa sahib olan gips, bişirildiyi zaman kimyəvi bir reaksiya ilə suyunun dörddə üçünü itirərək yarı hidrat halına çevrilir. Toz halındakı gips, su ilə qarışdırıldıqda bişməsi zamanı itirdiyi suyu geri alaraq təkrar gips halına yəni təbiətdəki halına çevrilir.
  • Gips, təbii bir materialdan çıxarıldığından və də içərisində 1%-dən daha az orqanik maddə tapıldığından ətraf mühit və insan sağlamlığına zərər verməyən bir materialdır.
  • Gips, insan cildinə ən uyğun pH dəyərinə (5,5) sahib materialdır.
  • Gips, daxili məkanlarda yaranan nəmi tez çəkər, hava quruyunca da mühitə təkrar geri verər. Bu səbəblə rütubət dəngələyicidir.
  • Gips, təbii quruluşu gərəyi, istifadə edildiyi mühitlərdə nəm artımı olduğunda çox nəmi bünyəsində tuta bilmək, mühitdəki nəm azaldığında isə təkrar geri verəbilməkdədir. Bu xüsusiyyəti ilə sanki nəfəs alıb verə bilən gips; alova dayanıqlılıq xüsusiyyətiylə, yanğın təhlükəsizliyi mövzusunda da təsirli bir materialıdır.
  • Gips, köhnə strukturlardakı təmir və dəyişikliklər üçün ideal bir materialdır və köhnə suvaqlarla yeni suvaqlar arasında çatlaq və toxuma fərqi meydana gətirməz.
  • Gips, uyğun miqdarda suyla qarışdırıldıqda qəlib və detallara çox asan uyğunlaşma təmin edər, dolayısı ilə asan forma alır.
  • Gips, strukturundakı boşluqlar sayəsində səs dalğalarının udularaq, səs izolyasiyası təmin edər.
  • Gips, ağ rəngindən ötəri səthlərə bitmiş və təmiz bir görünüş qazandırır.
  • Gips, digər klassik tikinti materiallarına görə (qum, sement, əhəng qarışığı) yüngüldür. Bu yüngüllüyü sayəsində binaların yükünü azaldar və daşıma xərclərini azalmasına imkan verir. Ayrıca digər materiallara görə tək qat tətbiq edilməsindən ötəri
  • zamandan qazandırar.
  • Gips, digər tikinti materiallarına görə daha az enerji ilə istehsal edilir. (Əhəng, sement, ...) Dolayısı ilə ölkə iqtisadiyyatına enerji qənaəti təmin edər.
  • Gips, məsaməli quruluşundan ötəri qış mövsümünün daha isti, yaz mövsümünün daha sərin hiss edilməsini təmin edir. Başqa sözlə istilik izolyasıyasında iştirak edər.
  • Gips, digər klassik suvaq materiallarına görə daha tez quruyub boyaya hazır hala gəlir.