« »
Ana səhifə  /  Haqqımızda  /  Şirkət haqqında
Şirkət haqqında

1979-cu ildə Türkiyədə qurulan ABS Alçı və Blok Sanayi A.Ş. aradan keçən 37 il müddətində gips əsaslı məhsullar sahəsində yenilikçi və keyfiyyəti ilə liderliyini davam etdirməkdədir.

ABS Alçı və Blok Sanayi A.Ş. sərmayə qoyduğu Türkiyə və Ukraynada qurmuş olduğu 10 zavod ilə gips əsaslı suvaqlar, üzlük, kartonpiyer və dərz dolğu gipsi, gips əsaslı yapışdırıcılar, gips lövhə, gips blok və keramika qəlib gipsi kimi məhsullar istehsal edir. Toplam istehsal gücü toz məhsullarda 1.410.000 ton/il, gips lövhə 35.000.000 m2/ildır. Istehsalının 70%-ı istehsal etdiyi ölkələrdə, təxminən 30 % - lik hissəsini də dünyanın müxtəlif ölkələrinə ixrac edir.

ABS Alçı və Blok Sanayi A.Ş.-nın istehsal etdiyi məhsullar 20 ildən çox bir müddətdir Azərbaycan tikinti sektorunda istifadə edilməkdədir. Bu müddət ərzində keyfiyyəti və müştəri məmnuniyyətinə verdiyi əhəmiyyətilə Abs markası ən çox bəyənilən və etibar edilən bir marka olmuşdur.

2016-ci ildə Azərbaycandakı rəsmi nümayəndəsi olan Kartaş LTD. MMC. ilə bağlanmış marka lisenziya müqaviləsi ilə bundan sonra məhsullarının Azərbaycanda istehsalını təmin etmişdir. ABS Alçı və Blok Sanayi A.Ş. tərəfindən təsdiq edilmiş fabrikdə istehsal ediləcək məhsullar ABS Alçı və Blok Sanayi A.Ş.-ın keyfiyyət tələbləri istiqamətində müəyyən standartlarda və ABS Alçının nəzarəti altında həyata keçiriləcəkdir. Şirkətin heç bir zaman imtina ede bilməyəcəyi keyfiyyətli məhsul və müştəri məmnuniyyəti prinsipləri istiqamətində edilən bu işbirliyi markanın müştəriyə daha yaxın olmasını təmin etməkdədir. Istehsal, satış və satış sonrası bütün proses ABS Alçı və Blok Sanayi A.Ş.-nın təyin etdiyi meyarlar, nəzarətlər və məsuliyyətlər çərçivəsində həyata keçiriləcəkdir.